Qırmızı.az
Kür və Arazda çirkliliyin səviyyəsi açıqlandı
Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 80,2 m3/san azalaraq 83,8 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 4.5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3,3
dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
İyul ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.7, I Şahsevəndə 2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə
norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.72-7.33 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişib
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?