Qırmızı.az
Dövlət-din münasibətlərini tənzimləyən sənədlər toplusu nəşr olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu nəşr edilib.
Komitədən Publika.az-a verilən məlumata görə, kitab bu sahədə son dövrlərdə hazırlanmış ən mütərəqqi nəşrdir. Topluda din və etiqad azadlığı ilə bağlı beynəlxalq normaların öz əksini tapdığı Azərbaycan Respublikasının Konstitusiyasındakı maddələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın və protokolların təsdiq edilməsi barədə qanunlar, “Dini etiqad azadlığı haqqında” qanun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi və digər rəsmi sənədlər yer alıb.
Nəşrdəki dövlət və din münasibətlərini tənzimləyən sənədlər həm dövlət qurumları, həm dini icmalar, həm də hər bir vətəndaş üçün bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcəkdir.
Kitabın tərtibçisi Dövlət Komitəsinin Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, nəşrə məsul şəxs Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyevadır.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ