Qırmızı.az
Arxeoloqlar indiyə qədər araşdırılmayan abidələri tədqiq edir
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində tədqiqatlar aparır.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun Publika.az-a verdiyi məlumata görə, rayonun Zəylik kəndi ərazisində arxeoloji qazıntılar zamanı beş qutu qəbirlərində və bir kurqanda tədqiqat işləri aparılıb. Daş qutu qəbirləri iri qaya parçalarından istifadə edilməklə hazırlanıb. Tədqiq edilən qəbirlərdən xeyli miqdarda son tunc-ilk dəmir dövrünə aid saxsı qab nümunələri, metaldan asma bəzəklər, nizə ucluğu, xəncər qalıqları, qolbaqlar, əqiq muncuqlar və s. bəzək əşyaları aşkarlanıb.
B.Cəlilov bildirib ki, arxeoloji ekspedisiyanın çöl tədqiqatları zamanı Azərbaycan ərazisində indiyədək öyrənilməyən, kurqanaltı, iri qaya parçalarından hazırlanmış sərdabələr tədqiqata cəlb edilib. Bu abidələrin 15-20 kvadratmetr sahəsi olan kameraları, öncə qayalıq ərazi çapılaraq qazılıb, daha sonra isə dörd tərəfi və üzəri iri sal qayalardan istifadə olunmaqla inşa edilib. Aparılan tədqiqatlar zamanı əldə edilən elmi nəticələr Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində, insanların dini dünyəvi görüşlərinin və dəfn adətlərinin tədqiqində mühüm əhəmiyyət daşıyır.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi