Qırmızı.az
Bərdədə yeni arxeoloji tapıntılar aşkar edilib
Bərdə rayon mərkəzindən 5 kilometr aralıda yerləşən Şortəpə abidəsində arxeoloji tapıntılar üzə çıxıb.
Bu barədə Publika.az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verib.
Bərdə ekspedisiyasının rəhbəri, professor Arif Məmmədov bildirib ki, Bərdə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı bizim eradan əvvəl VII əsrə aid olduğu ehtimal edilən müxtəlif növ əşyalar aşkarlanıb.
Arxeoloqun sözlərinə görə, arxeoloji tədqiqatlar nəticəsində 4 metr enində qala divarları, b.e.ə. VII əsrlərə aid olan maddi-mədəniyyət nümunələri müəyyən edilib. Bir neçə il bundan əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinib ki, b.e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində Bərdə şəhəri meydana gəlib: "Bu prosesin b.e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının 3000 ildən az olmadığı bir daha təsdiqlənir. Qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olur. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrədək, 3-cü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinə qədər olan dövrü əhatə edir".
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA