Qırmızı.az
Azərbaycanda üçəm doğuldu - FOTOLAR
Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılova Publika.az-a bildirib ki, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: “Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO