Qırmızı.az
Baş Prokurorluq və DİN Salyanda qətl hadisəsinin təfərrüatları barədə məlumat yayıblar
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Salyanda qətl hadisəsinin təfərrüatları barədə məlumat yayıblar.
Trend-ə daxil olan birgə məlumatda deyilir ki, 2014-cü il martın
4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun
kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri
olan meyiti aşkar edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata
keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin
sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən
olunub.
İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin
2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər
dəfələrlə məhkum olunmuş həmyerlisi A.Xəlilov tərəfindən qətlə
yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına
gəlib. Bu məqsədlə Ş.Niftiyev cari ilin fevral ayında qohumu Rauf
Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif
edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra
etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin
Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu
ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat
vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə
"Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.
Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə
Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis
əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək
aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində
olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla
qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə
Ş.Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alaraq
bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin
salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.
İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış
zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində
iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə
yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar
edilərək maddi sübut kimi götürülüb.
Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb
edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan
tədbiri seçilib.
Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda
mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər
törətməsi də müəyyən edilib.
Məlum olmuşdur ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz
Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan
R.Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, T.Seyidov,
T.Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi
planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik
istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı
avtomobillə Ç.Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək
mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya
və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq
etməklə onlara məxsus 16 min manat pulu ələ keçirmişlər.
Hazırda hər iki cinayətin digər iştirakçılarının müəyyən edilərək
tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri
istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təqdim edilən fotolardakı şəxslərin cinayət əməllərindən zərər
çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər
Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına
dərhal məlumat verilməsi xahiş olunur.
Anonimlik təmin ediləcək.
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...