Qırmızı.az
Bakı-Moskva aviareysində gözlənilməz hadisə
"Bakı-Moskva aviareysini yerinə yetirən təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt sərnişinlərdən birinin səhhətində problem yaranıb və tibb işçiləri ona kömək ediblər. Bundan sonra təyyarənin nə vaxt havaya qalxacağı ilə bağlı qərar veriləcək".
Bunu "Report"a bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsinin gecikmə səbəblərinə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
AZAL sözçüsü sərnişinlərin düşürülməsi və yenidən yoxlanılması ilə bağlı məlumatların yanlış olduğunu deyib.
Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildirilib ki, J2 852 reysini yerinə yetirən təyyarənin uçuş vaxtı 11:40-a keçirilib.
Təyyarədə olan sərnişinlərin "Report"a verdiyi xəbərə görə, səhhəti pisləşən kişi sərnişin əvvəl təyyarədən düşürdülüb, ona tibbi yardım göstərilib və yenidən təyyarənin salonuna qayıdıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq, bu reysi yerinə yetirən "A-320" təyyarəsinin bütün sərnişinləri yenidən endirilib və onların əl baqajı, habelə təyyarənin salonu təkrar yoxlamadan keçirilir.
Qeyd edək ki, bu reyslə hərəkət edəcək təyyarə hələ havaya qalxmayıb.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO