Qırmızı.az
Məşhur azərbaycanlı milyarder məhkəməyə verildi
Kreditorlar AST qrupunun rəhbəri və qalmaqallı Çerkizov
bazarının sahibi Telman İsmayılovu məhkəməyə verib. Bu bərədə
Rusiyanın "Kommersant" nəşri məlumat yayıb.
Moskva bankı (Банк Москвы) biznesmenin ona olan 13 milyard rubl
məbləğində olan borcunu qaytarmağı tələb edir. T.İsmaylovun bu
məbləği Moskvada ona məxsus olan daşınmaz əmlakın satılması yolu
ilə ödəyəcəyi nəzərdə tutulurdu. Lakin buna dair əldə edilmiş
razılaşma pozulub.
Bundan əlavə İsmayılovun əmlakına namizədlər arasında digər
azərbaycanlı biznesmen Yakov Yaqubovun da adı çəkilirdi.
"Moskva bankı və İsmayılovlar ailəsi problemli kreditin ödənilməsi
məsələsini məhkəməyə müraciət etmədən, AST qrupuna məxsus daşınmaz
əmlakın satışı yolu ilə həll etməyə çalışıb. Artıq alıcı da mövcud
idi, girov təyin edilmişdi. Lakin sövdələşmə pozuldu və bank
məhkəməyə üz tutmaq məcburiyyətindədir ",- deyə qəzet vəziyyətlə
ətraflı tanış olan mənbəyə istinadən bildirir.
Telman İsmayılovdan narazı qalan yeganə kreditor deyil. Ötən il
Sergey Yançukova məxsus olan "Manqazeya" qrupu Kipr məhkəməsində
Telman İsmayılova məxsus 100 milyon ABŞ dolları məbləğində
aktivlərin dondurulmasına nail olub. Həbs edilmiş daşınmaz əmlakın
siyahısında Moskvada inşa edilən mehmanxana və məşhur Mardan Palace
oteli də yer alıb.
Lakin "Manqazeya" qrupu sözü gedən əmlak üzərində real nəzarəti
hələlik əldə edə bilməyib. Məhkəmədən bir neçə ay sonra aktivlərin
bir qismi kreditorların, o cümlədən Azərbaycan Beynəlxalq Bankının
nəzarəti altına verilib. /musavat.com/
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?