Qırmızı.az
"Sahil"dəki yanğın zamanı 5 nəfər xəsarət alıb
Bakının mərkəzində "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi
çoxmərtəbəli binada baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı şəhər Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi
Mürsəl Həmidov məlumat verib.
Onlardan 3 nəfəri tüstüdən zəhərlənib. Zərərçəkənlər ticarət
mərkəzində işləyənlər yox, binada yaşayan sakinlər olub.
Baş həkim deyib ki, tüstüdən zəhərlənmə yüngül olduğundan onlara
ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb. Bunlardan biri
FHN-in əməkdaşı, digəri isə vətəndaşlar arasında yanğını müşahidə
edən şəxs olub.
Heç kim xəstəxanaya yerləşdirilməyib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ