Qırmızı.az
Bacısı Nərmin Hüseyinliyə yığılan pulun aqibətindən danışdı
Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynli ilə bağlı aksiya keçiriləcəyi xəbərləri yayılmışdı. Nərminin bacısı Mehin Hüseyinli məsələyə aydınlıq gətirib.
Publika.az-ın məlumatına görə, Mehin Hüseynli öz Facebook hesabında bunları yazıb :
“Mən bacımın cənazəsini belə götürməmişəm, hələ siz mitinqdən, nə bilim nə zibildən yazırsızın! Necə insansız axı?! Mən o haldayam indi? Mənim bir tək anam var, günboyu düşünmüşəm ki, onu görəndə nə edəcəm. Özümü necə saxlayacam ki, ağlamayım, mənə baxıb güclü olsun. İndi də düşünürəm ki, bacımın cənazəsini görəndə necə dözəcəm, ya da onu özüm öz əllərimlə yuyanda özümü necə saxlayacam. Siz mitinq, pul dərdindəsiz!”
O, bacısı üçün yığılan pulların hara
xərclənənəcəyi məsələsinə də aydınlıq gətirib:
“Pul barədə narahat olmayın, cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəm. Nərminin arzusunu deyəcəm yəni. Həkimlər, səhiyyə, filan isə öz yerində. Bu işdən də əl çəkən deyiləm! Bu qədər! İndiyə kimi hər türlü dəstək olanlar var olun!”
Qeyd edək ki, Türkiyədə müalicə aldığı xəstəxanada
dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin cənazəsi dünən
torpağa tapşırılıb.
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO