Qırmızı.az
Qusar sakinləri FHN-in inşa etdiyi mənzillərə köçdülər
Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən inşa edilmiş 15 fərdi yaşayış evi bu gün istifadəyə verilib.
Publika.az xəbər verir ki, evlərin təhvil verilməsi münasibətilə təşkil olunmuş mərasimdə FHN-in əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik-leytenant Şahin Mirzəyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial siyasət nəticəsində hər bir azərbaycanlının həyat səviyyəsinin yüksəldiyini bildirərək, təbii fəlakət nəticəsində evləri zərər görmüş kənd sakinləri üçün istifadəyə verilmiş mənzillərin buna bariz nümunə olduğunu diqqətə çatdırıb.
Urva kəndində 2009-cu ildə baş vermiş torpaq sürüşməsinin 2010-cu ildə yenidən aktivləşməsi nəticəsində evlər qəzalı vəziyyətə düşmüş, kənd rayon mərkəzindən 10 kilometr uzaqlıqda və dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşdiyindən tikinti materiallarının daşınması zamanı, xüsusilə payız-qış aylarında bəzi çətinliklər yaranmışdı. Buna baxmayaraq FHN-in əməkdaşları tikinti işlərini vaxtında və uğurla başa çatdırıblar.
Yeni tikilmiş 15 evin inşaat işləri yüksək səviyyədə həyata keçirilib və müasir tələblərə tam cavab verir.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO