Qırmızı.az
Nazir 6 rayonun sakinləri ilə görüşəcək
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 5-də saat 10:00-da Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının sakinlərini Şəki şəhər-rayon polis şöbəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən
xəbərə görə, qəbul başa çatdıqdan sonra saat 12:00-da daxili işlər
naziri tərəfindən Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayon
polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti
vəzifələrində xidmətə qəbulla bağlı Şəki şəhər-rayon Polis
Şöbəsində sıra baxışı keçiriləcəkdir. Sıra baxışında yalnız qeyd
olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı
şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas,
yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü
və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından
30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli
vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim
etməlidirlər.
Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 14 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.
Anar Tağıyev
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU