Qırmızı.az
Əsgərlərimiz and içdilər
Avqustun 16-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Publika.az Mudafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir ki, silahlı Qüvvələrin birlikləri,
Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz
Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş
mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına
gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra
orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər
valideynləri iştirak edib.
Mərasimdə çıxış edən zabitlər, valideynlər, veteranlar və
ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı,
nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini
dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını,
komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında
yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı
uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Əsgərlər də
öz növbəsində hərbi anda son nəfəsədək sadiq qalacaqlarına əmin
ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert
proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış
şərait nümayiş etdirilib.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA