Qırmızı.az
İşə qəbul olan müəllimlərin sayı 32% artıb - Təhsil Nazirliyi
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib.
Publika.az xəbər verir ki, onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə
qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə
yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını
toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə
iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər
işə qəbul olunub.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233
nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə
tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant
yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 %
artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı
1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər
artıb.
Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI