Qırmızı.az
Şəkidə iki yanğın olub
Ötən gün Şəkidə gün ərzində iki yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata əsasən, yanğın hadisələrindən ilki rayonun Qoxmuq kəndi ərazisində, Daşdəmirov Mikayıl Ramazan oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan birmərtəbəli 1-otaqlı evdə baş verib. Yanğın nəticəsində evin çardağının 24 kv/m sahəsində yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin digər hissəsi isı yanğından mühafizə oluna bilib.
Digər yanğın hadisəsi rayonun Qayabaşı
kəndində Məmmədov İsmayıl Rafiq
oğlunun yaşadığı evin həyətyanı
sahəsində, ümumi sahəsi 90 kv/m olan tövlədə baş verib. Yanğın
nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları və dama
yığılmış 3 ton ot bağlaması yanıb.
Hər iki yanğın zamanı yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub. Hər iki yanğın baş verən əraziyə FHN-in
Şəki Rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın
zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı FHN-in Şəki Rayon
DYMX-də araşdırma aparılır. Hadisələrin dəqiq səbəbləri aparılacaq
araşdırmalardan sonra bəlli olacaq.
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun