Qırmızı.az
“Son pulları da telekanallara veriləcək” – MTRŞ sədri
Milli Televiziya və Radio Şurası (MTRŞ) teleserialların çəkilişi üçün Azərbaycan telekanallarına növbəti dəfə maliyyə vəsaitinin ayrılması məsələsinə aydınlıq gətirib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında növbəti dəfə maliyyə vəsaitinin ayrılması ilə bağlı konkret qərarın olmadığını bildirib: "Bu barədə mən hər hansı bir şey deyə bilmərəm. Biz əvvəl ayrılan maliyyə vəsaitlərinin son mərhələsindəyik.
Artıq onları da telekanallara ayıracağıq və bununla da yekunlaşacaq". Azərbaycanda rəqəmsal yayıma keçid ilə bağlı məsələyə gəlincə isə, N.Məhərrəmli ölkə ərazisinin tam şəkildə rəqəmsal yayımla əhatə olunduğunu bildirib: "Ancaq hələlik analoq yayım da rəqəmsal yayımla paralel davam etdirilir, çünki əhali rəqəmsal yayıma tam hazır deyil".
Azərbaycanda teleradio akademiyasının yaradılmasına münasibət bildirən N.Məhərrəmli bu məsələnin hələ gündəmdə olmadığını qeyd edib: "Azərbaycanda təhsil sistemi var və təhsil sisteminə uyğun olaraq ali təhsil müəssisələrində televiziya və radio sahəsində mütəxəssislər hazırlanır. Yəni hələlik bu var və əgər gələcəkdə yeniləri yaranarsa, onların necə olacağı barədə düşünmək lazımdır" (“Trend”).
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...