Gözətçini qətlə yetirərək yandıran şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Gözətçini qətlə yetirərək yandıran şəxs tutuldu

Bu ilin əvvəlində Bakıda avtodayanacaq gözətçisini qətlə yetirərək yandıran şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində M.Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və o, tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm