Qırmızı.az
Araqdan həşərat çıxması faktı ilə bağlı AÇIQLAMA
Qablaşdırılmış içkilərin içərisindən müxtəlif həşəratların çıxması halları çox olur.
Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, belə hallarla rastlaşanlar rəsmi olaraq aidiyyəti qurumlara müraciət etməlidirlər. Müraciətdən sonra həmin müəssisədə neqativ halların hansı səbəblərdən baş verdiyi araşdırılır: “İçərisindən hər hansı həşərat çıxan məhsulun hansı müəssisəyə aid olduğu müəyyənləşdirilir. Çünki həmin məhsul saxta da ola bilər. Əgər belə hal aşkar olunarsa, biz o müəssisədə şüşələrin yuyulub-yuyulmamasını, dezinfeksiya olunub-olunmamasını yoxlayırıq. Məhsulun hazırlanması prosesi texnoloji qaydalara tam riayət olunaraq həyata keçirilməlidir. Riayət olunmayanda isə biz müəssisədən bunu tələb edirik”.
Şöbə müdiri qeyd edib ki, araşdırmalarda əsas məqsəd neqativ halları ortaya çıxarıb onları aradan qaldırmaqdır: "Amma neqativ hallar sübuta yetirildiyi təqdirdə cərimələrin tətbiq olunması istisna deyil. Yoxlamalar zamanı aşkara çıxarılan qayda pozuntularının dərhal aradan qaldırılması istiqamətində tapşırıqlar verilir. Təbii ki, cərimələr də qaçılmazdır. Neqativ hallar zamanı müəssisə rəhbəri İnzibati Xətalar Məcəlləsinə əsasən 200 manatdan 400 manatadək cərimə olunur”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Gəncə şərab 2” zavodunun istehsal etdiyi “Zolotoy Bokal” məhsulunun içərisindən tarakan çıxmışdı. Bu barədə sosial şəbəkə istifadəçiləri xəbər vermişdi. Onların iddialarına görə, arağın içərisində 2 ədəd tarakana oxşar həşərat və bir ədəd qara kiçik qurd aşkarlanıb.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ