Qırmızı.az
Polisi bıçaqlayan şəxs tutulub
Zaqatala polis kapitanını bıçaqlayan şəxs tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, martın 11-də Zaqatala Rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Anar Zeynalovun kəsilib-deşilmiş xəsarətlərlə mərkəzi rayon xəstəxanasına daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, qeyd edilən tarixdə saat 19 radələrində A.Zeynalov Zaqatala şəhərində xidmətdə olarkən küçədə Ceyhun Camalovla Nərmin Heydərovanın mübahisə etmələrini görüb onlara yaxınlaşıb, sonuncu ona C.Camalovun onu təqib etdiyini bildirib. A.Zeynalov C.Camalovdan qanunsuz hərəkətlərinə son qoymasını tələb edib və N.Heydərovaya Rayon Polis Şöbəsinə gedərək rəsmi müraciət etməsini izah edən zaman C.Camalov üzərində gəzdirdiyi cib bıçağını çıxarıb A.Zeynalovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Ceyhun Camalov martın 12-də tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Publika.Az
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?