Qırmızı.az
Zəvvarlarımızın ilk qrupu Həccdə
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları bu gün saat 09.00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Publika.az-a daxil olan məlumata görə, ilk təyyarə reysində 4 qrupdan ibarət "VİP zəvvarlar" ziyarətə yollanıblar. Gün ərzində daha 3 reysin uçması nəzərdə tutulub.
Həccə uçuşlar sentyabrın 15-nə qədər davam edəcək.
Qeyd edək ki, bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə həyata keçirilir.
Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.
Gülxar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi