Qırmızı.az
Təhsil Nazirliyi qəbul planını hökumətə təqdim etdi
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” Nazirlər Kabinetinə təsdiq olunmaq üçün təqdim olunub.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qəbul planları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra ixtisaslar üzrə yerlərin sayı və qəbul müddəti göstərilməklə ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən KİV-də elanlar veriləcək.
Bu il Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na əsasən aparılacaq. Qəbul imthanlarının məzmunu, təşkili və formatı ilə bağlı dəyişikliklər gözlənilmir.
Doktoranturaya qəbul haqqında elanın verilməsi, sənədlərin qəbulu və qəbul imtahanlarının təşkili ali təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi