Qırmızı.az
Şeyxin qudası: “Ömrümün sonuna kimi Həccə gedəcəm”
“Ömrümün sonuna kimi müqəddəs Həcc ziyarətinə gedəcəm. Allahdan arzum odur ki, ikinci dəfə Kəbə evinin içərisində olmağı mənə qismət etsin”.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin deputatı Qalib Salahzadə bildirib.
Onun sözlərinə görə, Kəbə evinin içərisində olmaq hər adama qismət olmur: “Peyğəmbər övladlarının hamısı Kəbə evinin içərisində olublar. Allah mənə bunu 1 dəfə qismət etdi. İnşallah, növbəti dəfə də qismət edər”.
Q.Salahzadə deyib ki, Azərbaycan parlamentində indiyədək heç kəs 27 dəfə Həcc ziyarətinə getməyib: “Bundan sonra da olmayacaq. Yeganə deputat mənəm ki, 27 dəfə Həcdə olmuşam”.
Hacı Qalib Salahzadə jurnalistlərin onun barəsində yazdıqlarından qətiyyən incimədiyini söyləyib: “Mən jurnalistlərin hər biri ilə dostam. Gün ərzində mənə 12-13 jurnalist zəng edib müsahibə alır. Mən hər bir jurnalistin xətrini çox istəyirəm”.
Deputatlıqdan sonrakı fəaliyyətinə də toxunan Q.Salahzadə bundan sonra vaxtının çox hissəsini nəvə və nəticələrinə həsr edəcəyini bildirib: “Nəvələrim və nəticəm var. Adam nə qədər deputat olar? Allah mənə ömür versin, nəvə və nəticələrimlə vaxt keçirim”.
Vasif Həsənli
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ