Qırmızı.az
Kənd təsərrüfatı yarmarkaları bərpa edilir - SİYAHI
Kənd təsərrüfatı məhsullarının ənənəvi yarmarkası sentyabrın 24-dən fəaliyyətə başlayır.
Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 4 aya yaxındır ləğv olunan yarmarkalar Qurban bayramı günündən bərpa ediləcək.
“Yarmarkaların ləğv edilməsinin bəzi obyektiv və subyektiv səbəbləri var idi. Buna baxmayaraq, yarmarkaların ləğv edilməsi nazirliyin daim diqqətində olub. Bununla bağlı istər istehsalçı, istərsə də paytaxt sakinləri tərəfindən nazirliyə çoxsaylı müraciətlər daxil olub. Çünki yarmarkalar həm istehsalçıların maneəsiz satış etməsi, həm də əhalinin ucuz məhsullar alması üçün əlverişli idi. Həmçinin yarmarkalar bazarlarda qiymətə təsir edib süni qiymət artımının qarşısını alırdı”.
M.Hacıyev bildirib ki, bu müddət ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə həm paytaxt sakinləri, həm də istehsalçılar üçün əlverişli ünvanların seçilməsi üçün müzakirələr aparılıb. Artıq 5 rayon üzrə ünvanlar müəyyən edilib:
“Bu gündən 5 rayonda yarmarkaların keçiriləcəyi ünvanlar dəqiqləşdirilib. Nərimanov rayonunda - “Keşlə” bazarının yanı, Xətai rayonunda - “Bakı” kinoteatrının yanı, M.Rüstəmov küçəsi, Səbail rayonu - Badamdar qəsəbəsində, Suraxanı rayonu - Əmircan qəsəbəsi, Binəqədi rayonu - Dərnəgül qəsəbəsi K.Rəhimov küçəsi 53, “Elit” ticarət mərkəzinin yaxınlığında yarmarkalar keçiriləcək.
Beş ünvanda ayın 24-dən yarmarkaların keçirilməsinə başlanacaq, 4 gün davam edəcək. Sonrakı həftələrdə isə yarmarkaralar ənənəvi olaraq şənbə, bazar günləri keçiriləcək. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi olaraq yerli icra hakimiyəti orqanları ilə danışıqlar aparmışıq. İstehsalçılar məlumatlandırılıb. Daxili İşlər və Nəqliyyat nazirliklərinə məlumat verilib. Məhsullarını paytaxta gətirmək istəyən istehsalçılar heç bir maneəyə rast gəlməyəcək. Paytaxtın digər rayonlarında yarmarka ünvanlarının dəqiqləşməsi üçün danışıqlar aparılır. Gələcəkdə həm paytaxt sakinləri, həm də istehsalçılar üçün rahat ünvanların seçilməsi barədə razılaşdırılacaq”.
Gülxar
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA