Qırmızı.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin əməkdaşlığı müzakirə edildi
BMT İnkişaf Proqramı ilə məşğulluq sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Martın 14-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ilə BMT İnkişaf Proqramının prezidentinin müavini Nato Alhazişvili arasında görüş olub.
Publika.Az-ın məlumatına görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT İP ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrdən söz açılıb.
Qeyd olunub ki,
2004-cü ildən etibarən həyata keçirilən bu əməkdaşlıq ölkəmizdə
innovasiyanın və məşğulluğun inkişafına öz töhfəsini verib. Xüsusən
də birgə icra olunan «Azərbaycanda innovasiyanın və məşğulluğun
inkişafı» layihəsi çərçivəsində Bakı və Sumqayıtda yaradılan SYSLAB
mərkəzləri iş axtarışı bacarıqlarının inkişafında, işaxtaranların
əmək bazarına inteqrasiyasında önəmli rol oynayıb.
Bu mərkəzlərdə təşkil olunan müvafiq təlimlər nəticəsində işsiz
insanlar müasir iş axtarma metodlarına yiyələnərək, yeni
metodlardan istifadə etməklə özlərinə münasib iş tapıblar.
M.Kərimli BMT İP ilə əməkdaşlıqda aparılan işlərin
genişləndirilməsinin, işçi qüvvəsinin əmək bazarında rəqabət
qabiliyyətinin yüksəldilməsinə, məşğulluq imkanlarının
artırılmasına istiqamətlənən digər yeni layihələrin icra
olunmasının da önəmli ola biləcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Publika.Az
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA