Qırmızı.az
“London taksiləri"ndə gedişhaqqı bahalaşıb? – 3 MANAT
Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb.
Publika.az-ın Baku.ws-ə istinadən məlumatına görə,
paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna
görə fərqlənir. Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat
sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat
ödəməklə "London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni
qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada – ilk 10
kilometrin hər kilometri üçün 70, sonrakı 10 kilometrin hər
kilometri üçün 40 qəpik ödəməli olacaq.
Bildirilib ki, bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət
göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün
əlverişlidir. Həmin taksilər Bakı Taksi Xidmətinə aiddir.
"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, - deyə bildirilib.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc