Qırmızı.az
Məkkədəki hacılarımız aeroportdan hotellərə qaytarılıb
"Bizə verilən qrafikə uyğun olaraq sentyabrın 29-na kecən gecə 03:30 da ilk zəvvar qrupu Bakıya yola düşməli idi. Ona görə də həmin zəvvarlar hava limanına gəlmişdilər. Uçuşların baş tutmaması Səudiyyə Ərəbistanına məxsus şirkətin məsuliyyətidir. Çünki uçuşları onlar həyata keçirir".
Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov deyib. O bildirib ki, hazırda QMİ-nin nümayəndələri zəvvarların arasındadır və onların problemlərini həll etməyə çalışırlar.
QMİ-nin Səudiyyə Ərəbistanında olan İşlər müdiri, zəvvar qrupuna rəhbərlik edən Hacı Həmdulla Babayev isə "Report"a açıqlamasında hazırda özünün də sentyabrın 29-da Məkkədən qayıtmalı olan, lakin, təyyarə uçuşları gecikən hacı qrupunun arasında olduğunu bildirib. Onun sözlərinə görə, problem həll olunub və onlar hava limanında qeydiyyatdan keçirlər: "Səudiyyə Ərəbistanının uçuşları həyata keçirməli olan şirkəti problemi həll etdi. Ötən gecə zəvvarları öz hesabına hotellərə yerləşdirdilər. Gün vuranların da vəziyyəti yaxşıdır. Artıq biz hava limanındayıq. Bir saatdan sonra zəvvarları gətirən təyyarə buranı tərk edəcək. Gecikən qrupu gətirəcək ikinci təyyarə isə 5 saatdan sonra uçacaq".
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO