Qırmızı.az
160 yaşlı su dəyirmanının sirri - VİDEO

Goranboyun çox da böyük olmayan Şadlı kəndində köhnə ənənələrə həssaslıqla yanaşılır. Kənddəki bir əsr yarımdan çox yaşı olan kiçik su dəyirmanı da buna bir misaldır.
Keçmişdə, həmçinin indinin özündə də həkimlər mədə pozğunluğu, şəkərli diabet, qan azlığı kimi bir sıra xəstəliklərdən əziyyət çəkənlərə su dəyirmanında üyüdülən taxılın unundan bişən çörək yeməyi məsləhət görüblər. Çünki dəyirman daşları su axını ilə nizamlı sürətlə fırlanır. Paralel olaraq üyütmə zamanı daşları da su soyudur. Beləliklə, proses zamanı sürtünmədən qızma halları olmur, bununla da un heç vaxt yanmır. Dəyirman unu yüksək qida tərkibi və müalicəvi keyfiyyəti ilə də seçilir. Vaxtilə bu kənddə elə Kürəkçay üzərində 6 su dəyirmanı olub.
Bu günümüzə yalnız biri gəlib-çatıb. Onu da işlək halda saxlayan 160 il əvvəl dəyirmanı tikənin nəticəsi olan 35 yaşlı kənd sakinidir. Həmsöhbətimiz bu qədim dəyirmanın işləmə qaydalarından da həvəslə söhbət açır.Köhnə su dəyirmanı çox nadir hallarda işə salınır. Bu zaman da qazanc məqsədi güdülmür. Dəyirman bir növ xeyriyyəçilik əməllərinə xidmət edir. Kimə müalicəvi un tələb olunursa bu zaman su dəyirmanı işə düşür. Buğdalarını üyüdənlərə də hansısa qiymət tələbi irəli sürülmür. Kim nə versə Allah bərəkət versin deyilir.

-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ