QMİ-dən Ciddə aeroportunda baş verənlərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

QMİ-dən Ciddə aeroportunda baş verənlərlə bağlı AÇIQLAMA

Azərbaycanlı zəvvarların məcburi şəkildə hoteldən çıxarılması barədə məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrlə əlaqə şöbəsinin əməkdaşı Müqəddəs Payızov Bakıya yola düşməli olan zəvvarlar üçün hotelə pul verməməkdən ötrü təşkilatçıların onları tez-tələsik hotellərdən çıxarıb hava limanına aparması xəbərinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, hotellərə edilən ödəniş bütün Həcc ziyarəti mövsümünü əhatə edir.

“Həcc mövsümü təxminən Məhərrəm ayının 30-da qurtaracaq. Hacılarımız mövsüm bitənə qədər orada qala bilər. Onların məcburi oteldən çıxarılması yalan məlumatlardır. Zəvvarlar ağıllarına gələni danışırlar. Həccə gediblər, amma yalan danışırlar, jurnalistlər də onlara inanır. Belə yanlış fikir yaranır ki, Qafqaz Müsəlmanları İdarəsi pula qənaət etmək üçün zəvvarları hoteldən tez çıxarır. Orada olan qrup rəhbərləri təyyarə olduğunu öyrənir, onları hoteldən çıxarır. Lakin hava limanında təyyarə olmayanda geri dönməli olurlar”.

Hacıların geri dönməsində yaşanan gecikmələrə aydınlıq gətirən M.Payızov bunun Səudiyyə Ərəbistanının günahı olduğunu deyib.

“Bizim zəvvarları Səudiyyə aviaşirkəti daşıyır. Onlar çatışmaması səbəbindən qrafiki dəyişir. Növbəti ildən ola bilər ki, geri dönüşün Səudiyyə tərəfindən təşkilindən imtina edək. Lakin indi hər hansı fikir söyləmək yanlış olar. Növbəti ildə nə olacaq, deyə bilmərik”.

QMİ rəsmisi onu da bildirib ki, bu gün hacılarıımızın iki reyslə vətənə dönməsi gözlənilir.

Musavat.com hacılara istinadən xəbər verir ki, Bakıya yola düşməli olan zəvvarlar üçün hotelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik hotellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən hoteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm