Qarabağdan ən son görüntülər - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Qarabağdan ən son görüntülər - FOTO/VİDEO

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşıb.

Publika.az BAKU.WS-ə istinadən xəbər verir ki, İnstagramda paylaşılan fotolardan Qarabağın bugünkü vəziyyətini müşahidə etmək olar. İşğal edilmiş Azərbaycan torpaqlarında yaşayan, əylənən və istirahət edən ermənilər hətta turistlər də qəbul edirlər.

Qarabağdan gəlir mənbəyi kimi istifadə edən Ermənistan hakimiyyəti turistlərə Azərbaycan tarixini erməni tarixi kimi sırıyır və üstəlik, həm maddi, həm də mənəvi qazanc əldə etməyə çalışır. Ancaq görüntülərə diqqət yetirdikdə Qarabağda tikililərin sökülüb dağıldığını görmək olar.

Qarabağda tikilib qurulan obyektlər yox səviyyəsindədir. Ermənilər yalnız Azərbaycanın işğal edilmiş torpaqlarının, zəngin təbiəti hesabına turistlərin diqqətini çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm