Qırmızı.az
Leysan yağışlar çayların suyunu artırıb
Ölkə ərazisində yağan leysan xarakterli yağışlar çaylarda və transsərhəd çaylarda sululuğu artırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb.
Balakən-Şəki bölgəsindən axan Kişçay, Şinçay, Kürmükçay, Baş-Daşğılçay çaylarından, Qəbələ rayonu ərazisindən axan Gorançaydan qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 70-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-30 faiz təşkil edir.
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Şirvanda 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm, Şirvanda 171 sm, Salyanda 118 sm, Bankədə 164 sm, Araz çayının Novruzlu məntəqəsində isə 35 sm təşkil edir.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ