Qırmızı.az
Avtovağzal istiqamətində hərəkət məhdudlaşdı: VƏZİYYƏT TƏHLÜKƏLİDİR - FOTOLAR
“Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində böyük çat yaranıb, çökmə müşahidə edilir. Vəziyyət təhlükəli hesab olunur”.
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib: “Sürüşmə Sumqayıtdan Bakıya gələn avtobusların Avtovağzala giriş istiqamətində baş verib. Yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, avtovağzal tərəfə əyilib”.
Ə.Piriyev bildirib ki, təhlükəli olduğundan artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb: “İlkin müşahidələrdən sonra səbəbin atmosfer çöküntüləri, suvarmalarla əlaqədar olduğunu düşünürük. Ola bilər ki, lay suları da təsir etsin. Lakin bu, ilkin rəydir, dəqiq səbəbi müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Sumqayıt yolunda heç bir məhdudiyyət yoxdur, sadəcə sürüşmə baş verən dayanacağa giriş məhdudlaşıb. Çünki çat böyükdür, hər an daha da böyüyə bilər. Çatın genişlənməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir”.
Gülxar
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ