Qırmızı.az
Qaxda ölümlə nəticələnən yol qəzası baş verib
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində Qax rayonunun Tasmalı kəndi ərazisində şənbə günü yol qəza hadisəsi qeydə alınıb.
Hadisə zamanı 1965-ci il təvəllüdlü Laçın rayonunun Ərikli kəndindən məcburi köçkün olan və Qax rayonu Şıxlar kəndində yaşayan Abdullayev Nazim Azay oğlu idarə etdiyi 10-ZR-558 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən, hələlik şəxsiyyəti bəlli olmayan 40-45 yaşlarında bir piyada qadını vurub.
Zərbənin gücündən xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisəni törədən şəxs daha sonra öz avtomobili ilə dünyasını dəyişmiş şəxsi Zaqatala Rayon mərkəzi xəstəxanasına aparıb.
Sürücünün sözlərinə əsasən vurulan şəxs avtomobil yolu ilə hərəkət edib və qarşıdan gələn avtomobilin işıqları onun gözlərinin qamaşdırdığından o qadını görməyib. Həmçinin sürücünün sözlərinə əsasən o orta sürətlə hərəkət edib.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO