Qırmızı.az
TQDK magistratura üzrə proqramı açıqlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını açıqlayıb.
Komissiyadan Publika.Az – a verilən məlumata görə, qəbul proqramları "Magistr" jurnalının xüsusi buraxılışının 2014-cü il tarixli 3-cü sayında təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır.
Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.
Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi 2014-cü il martın 2-də keçirilib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanın I mərhələsinin nəticələrinə görə, 10527 bakalavr proqram seçimində və imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.
Magistraturaya ixtisaslaşma 29 may-1 iyun tarixlərində aparılacaq.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA