Almaniya səfirliyinin viza şöbəsi müvəqqəti bağlanır
Bizi izləyin

Qırmızı.az

Almaniya səfirliyinin viza şöbəsi müvəqqəti bağlanır

Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq.

"Report"un səfirliyin saytına istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür. Yeni ofisdə təmir işləri tam başa çatmadığından, viza şöbəsi bir neçə gün bağlı olacaq.

Qeyd edək ki, Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm