Qırmızı.az
Vaqifin ifası və efir qaraçılarının hay - küyü
Çoxdan idi ki, bu haqda nəsə yazıb fikrimi bildirmək
istəyirdim. Çünki mövzu ən çox narahat olduğum məsələlərdən
biridir.
Belə ki, son illər şou-biznesin və s. sahələrin qaraçı təfəkkürlü
nümayəndələri ölkə efirini bürüyüblər. Hətta onlar o qədər irəli
gediblər ki, insanlara belə, hörmət etmirlər. Efirdə ağızlarına
gələni danışırlar, bir-birilərini təhqir edirlər. Sonra da xalqa
əxlaq dərsi keçirlər.
Hətta bu kimi vəziyyət televiziyalarda adi hala çevrilib. Eyni
zamanda, səsi olmayanlar müxtəlif yollarla efirlərə ayaq açaraq,
səsi olanların yanında musiqi sənətinin fəlsəfəsinin mahiyyətini
izah edirlər.
Halbuki hər kəsə aydındır ki, onların səsi hansı şəraitdə
hazırlanır. Bir canlı ifa ilə özlərini asanlıqla ifşa edirlər. Və
canlı ifa görən kimi quzu qurdu gördüyü kimi qorxuya düşürlər.
Təbii ki, zamanla belə “sənət” sahiblərinin aradan çıxıb,
gəldikləri ünvana qayıdacaqlarını bilirik. Çünki özlərini
aldatdıqlarını yaxşı dərk edirlər. İndi nə desək belə, bu kimi
sözləri bu qulaqdan alıb, o biri qulaqdan buraxacaqlar. Hələlik
nəyinsə gücünə özlərini gündəmdə saxlayırlar. Bu vəziyyət
üzünmüddətli davam edə bilməz.
Unutmasınlar ki, istedadlı gənclərimiz ortaya çıxıb meydanı
belələrindən təmizləyəcəklər. Artıq nəticələr ortadadır. Bir
nəticəni qeyd edərdim:
Bu günlərdə 18 yaşlı Vaqif Nağıyev adlı soydaşımız dünyanın məşhur “Səs” (The voice) layihəsinin Ukrayna versiyasında iştirak edərək hamını heyran edib. Qürurverici hal odur ki, Vaqifin ifasının tərkib heyətinə məşhur münsiflər daxil olublar. Vaqif Nağıyev Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” (“Mavi əbədiyyət”) ifası ulduz münsifləri məftun edib.
Bunun nəticəsdir ki, onun səsinə münsiflər heyətinin bütün üzvləri səs veriblər. Nəticədə, Vaqif Nağıyev layihədə öz iştirakını Tamara Qvirdçitelinin komandasında davam etdirəcək. Vaqif ifası ilə Müslüm Maqomayevin necə sevildiyini göstərdi və orada deyilən xoş sözlər bunu bir daha sübut etdi. Bir Azərbaycan türkü olaraq Müslüm Maqomayevlə bir daha fəxr etdim.
Sonda qısa olaraq xatırladım ki, ola bilər Vaqif Nağıyev ismi
əvvəllər çox adam üçün tanış olmayıb, artıq bu 18 yaşlı gənc qısa
zamanda tanınmış ifaçıya çevrilib. Hamı ondan danışır və sosial
şəbəkələrdə minlərlə insan onun ifa etdiyi musiqini paylaşır.
Youtubedə onun ifasını izləyənlərin sayı durmadan artır. İnsanlar
illərdir ki, belə ifalar üçün darıxıblar.
Vaqif Nağiyevə uğurlar arzulayırıq. Səsi daha ucalardan gəlsin.
İnşallah, inanırıq ki, arzuladığımız kimi də olacaq. Çünki Vaqifin
potensialı buna imkan verir.
Hesab edirəm ki, Vaqif kimi ifaçıların səsi efir qaraçıları üçün
dərs olmalıdır. Onların səsi illərdir ki, başımızı fonoqramla
aldadan, canlı ifanı görüb qaçan “müğənnilərə” sərt cavabdır. Bu
cavabdan nəticə çıxartmayanlar əsl səsin sədası ilə yox
olacaqlar.
Qısası, bu gün insanlara boş, mənasız və kompyuterdə yazılan səslər
lazım deyil.
Elnur Eltürk
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi