Azərbaycan xarici aviaşirkətlərə regionlara uçuşlar üzrə endirimlər edir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan xarici aviaşirkətlərə regionlara uçuşlar üzrə endirimlər edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkənin regionlarına uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sayının artırılmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.

A.Məmmədovun sözlərinə görə, xarici şirkətlərin Azərbaycanın regionlarına uçuşların həyata keçirilməsinə cəlb edilməsi məsələsi hazırda AZAL üçün aktual məsələdir: "Son 2 ildə xarici ölkələrdən Azərbaycanın regionlarına uçuşların tezliyi xeyli artıb. Aviaşirkətləri məlumatlandırdıq ki, ölkənin regionlarına - Qəbələ, Lənkəran, Gəncəyə uçuşların həyata keçirilməsi üçün endirimlər təqdim etməyə hazırıq. Biz hətta qış mövsümündə mövcud reyslərin saxlanılması üçün onlara güzəştli şərtlər təqdim etmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm