Qırmızı.az
Müharibə veteranlarına verilən sosial müavinətlərin məbləği artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, əmək pensiyası almaq hüququ olmayan
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş
əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış
şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə
keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət
təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş
əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və
medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi
illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən
donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın
mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin
mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında
işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad
mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin,
başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi
münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş
şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət
Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin
mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını
yaxşılaşdırmaq və onlara dövlət qayğısını artırmaq məqsədi ilə
"Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli
fərmanının 1.1.7-ci yarımbəndində "37" rəqəmləri "45" rəqəmləri ilə
əvəz edilsin.
Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR