Qırmızı.az
Sinoptiklərdən Bakı üçün bayram müjdəsi - Hava
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 6-8°
isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə
sütununna enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı
olacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək
isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar
yağacağı gözlənilir.
Temperatur gecə 2-7° isti, gündüz 12-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə yağıntı
olacağı gözlənilir.
Temperatur gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında, əsasən, səhər və axşam bəzi yerlərdə yağıntı
olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman
olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə
və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Arabir duman
olacaq.
Temperatur gecə 5-10 isti°, gündüz 15-20° isti, bəzi yerlərdə 23°
-dək isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında arabir yağıntı olacağı gözlənilir. Səhər
dağlarda duman olacaq.
Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 6-11°
isti, gündüz 10-15° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın üç gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin
xeyli tərəddüdü, tez-tez güclü cənub-qərb və şimal-qərb
küləklərinin bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da
meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO