Qırmızı.az
Dəmir yolu ətrafında 2840 qeyri-qanuni tikili var

Respublika ərazisində dəmir yolları təhkim zolağı ətrafında 2840 qeyri-qanuni tikili var. Bunun 2304-ü yaşayış, digərləri isə qeyri-yaşayışdır.
Bu barədə Publika.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədov bildirib ki, söküntü işləri aparmaq onların səlahiyyətində deyil.
“Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyində olanda Nazirlər Kabinetinə müraciət göndərilmişdi. Lakin hələ ki heç bir tədbir görülməyib. Artıq biz müstəqil qurumuq, ehtiyac olarsa, gələcəkdə də bu tikintilərin sökülməsi barədə yenidən müraciət edə bilərik.
Dəmir yolu təhkim zolağı Nazirlər Kabinetinin qərarı əsasında formalaşır ki, qatar təhlükəsiz hərəkət etsin. Düz yerdə təhkim zolağı ilə tikintilər arasındakı məsafə 20-22 metr olmalıdır, bu zaman dönmə, qazma, tökmə yatağı və stansiyalar nəzərə alınmalıdır. Bu evlərin də əksəriyyəti düz yerdə tikilib və qaydaya əməl edilməyib”.
Bu cür şəraitdə yaşamağın sakinlərin həyatı üçün də təhlükəli olduğunu deyən N.Əzməmmədov dəmir yollarının hər iki ətrafında çəpərləmə işləri aparıldığını bildirib.
“Bu işləri birdən-birə yekunlaşdıra bilmərik. Proses tədricən başa çatacaq. Bununla yanaşı, dəmir yolu ətrafında yaşayan sakinlərlə təbliğat işləri aparırıq”.
Gülxar

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi