Qırmızı.az
...Gedibdi, qayıdacaq bir də min il sonra o...
Bir şair haqqında danışmaq istərdim: Aydın Əfəndi. Çoxlarına tanış olmayan bu şair rus dilində yazıb-yaradırdı. Müxtəlif yapon şairlərinin, eləcə də Tomas Eliotun yaradıcılığına böyük təsiri olduğu söylənilir. Onun şeirləri xəfif səhər yeli kimi sakit, süukutla doludur.
Eyni zamanda riyaziyyatçı, filosof olan Aydın Əfəndinin şeirləri də məhz dəqiqliyi ilə digərlərindən fərqlənir. Poeziya mənə elə gəlir ki, ədəbiyyata daxil deyil. Bu haqda Mişel Uelbekin essesi də var. Esse müəllifi poeziyanın nəyə görə ədəbiyyata aid olmadığını öz fikirləri ilə əsaslandırır. Poeziya tamamilə ayrı bir duyğu çələngidir. Nəsr intellekt məhsulu olsa da, şeir haqqında bunu demək çətindi. Ancaq Aydın Əfəndinin intelektual səviyyəsi də hər kəsi mat qoyub: o, dünya ədəbiyyatını daim mütaliə edən, prosesi izləyən bir şair idi. Yalnız istedadına güvənib yola çıxmırdı. Hansı ki, Azərbaycanda bir çoxları məhz istedadının həddən artıq göz önünə gətirilməsi ucbatından məhv oldu. İstedad ilkin mərhələ olsa da, zəhmət və mütaliəni heç vaxt unutmaq olmaz.
Bu haqda uzun-uzadı söhbət açmaq olar. İndi isə gəlin, Aydın Əfəndidən bir şeiri bərabər oxuyaq:
Məni soruşan olsa,
deyərsən ki, yoxdu O.
De ki işə gedibdi,
de ki yoxdu... yoxdu O.
Nahara dəvətlidi, ya görüşə gedibdi,
de ki yoxdu... yoxdu O.
Yaxşı bir tamaşaya kimsə bilet veribdi,
de ki yoxdu... yoxdu O.
Çıxıbdı qarşılasın sökülən dan yerini,
de ki yoxdu... yoxdu O.
Əgər soruşan olsa,
deyərsən ki ki, yoxdu O -
...Gedibdi, qayıdacaq bir də min il sonra o...
Onun yolu ədəbiyyat yolu idi. O, elm adamı ola bilməzdi. Çünki Tanrı onu şair kimi yaratmışdı. Şeirlə bərabər roman da yazan və qeyri-adi istedada malik olan
Aydın Əfəndinin ədəbiyyatdan uzaqlaşmağı mümkünsüz idi.
Aydın Əfəndi bütün böyük şairlər kimi bu dünyadan tez köçdü. 37 yaşında həyata əlvida dedi. Ancaq yazdıqları hələ də bizim əlimizdədi. Onun hər dəfə yaşadığının, nəfəs aldığının şahidi oluruq. Şeirləri, yazıları onun ölümsüzlüyünü təsdiq edir.
Ölümü müəmmalı oldu. Onun nədən öldüyünü hərə bir cür şərh etdi. Ancaq dəyişməyən bir həqiqət var: artıq Aydın Əfəndi bu dünyada yoxdu. Bu dünyada olan isə onu hər vaxt xatırladan yazılardır…
Oğuz Ayvaz
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı