Qırmızı.az
Sumqayıt “ASAN xidmət” mərkəzi ətraf rayonların sakinlərinə də xidmət göstərəcək
Martın 25-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzi artıq Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakinlərinə də xidmət göstərəcək.
Publika.Az-ın məlumatın görə, ötən ilin may ayından etibarən vətəndaşlara xidmət göstərən və 260 000-dən çox müraciəti qəbul etmiş Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc