Qırmızı.az
Mikayıl Cabbarov yeni rektoru təqdim etdi - FOTO
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Nazirliyin saytında bildirilir ki, ilk olaraq ulu öndər Hеydər Əliyеvin ali məktəbin foyesindəki büstü önünə gül dəstələri qоyulub.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Asif Hacıyevi
yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb və Novruz
bayramı münasibətilə təbriklərini çatdırıb.
BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə ölkə
Prezidentinə minnətdarlığını bildirib. A.Hacıyev BSU-da formalaşmış
sağlam ənənələri davam etdirəcəyini nəzərə çatdırıb.
BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal
Abdullayev ilk növbədə ölkə Prezidentinə təşəkkürünü bildirərək
yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından
seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul
edildiyini söyləyib.
Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib.
1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu
ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin
sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq
dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı
Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat
nəzəriyyəsi kafedrasının professorudur.
2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun
tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi