Qırmızı.az
Taksi və avtobuslarla bağlı yeni standartlar nə vaxt qüvvəyə minir?
Azərbaycanda avtobus və taksi xidmətləri ilə bağlı standartlara edilən dəyişikliklər yaxın zamanda qüvvəyə minəcək.
Bunu Publika.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib. Standart Reyestrə yerləşdiriləndən sonra, təxminən 10 gün müddətində qüvvəyə minəcək.
“Bu, 5 il öncə qəbul edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” standartının sadələşdirilmiş versiyasıdır. 2010-cu ildə Bakı şəhərində taksi xidməti göstərən firmalara taksilərin yalnız bənövşəyi rəngdə olması tələbini irəli sürürdüksə, artıq bununla yanaşı, sarı və ağ rənglər də tələb edilir. Bu qərar fərdi taksi fəaliyyəti ilə məşğul olanlara aid deyil”.
F.Talıblının sözlərinə görə, yeni qərar taksi fəaliyyəti ilə məşğul olanların işini asanlaşdırmış olacaq.
“Əvvəlki standartda avtomobillərin mühərriklərinin AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməsi tələbləri qoyulmuşdusa, artıq onlar sənəddən çıxarılıb. Bundan başqa, avtomobilin buraxılış ilinin 15 ilə qədər olması da müsbət haldır. Çünki sərt tələblər aradan qaldırılır. Ümumiyyətlə, bu qərar taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün yeni imkanlar yaradır. Taksi fəaliyyətinin lisenziyalaşdırılmasının “ASAN xidmət”ə verilməsi və ardınca standarta edilən bu dəyişiklik fəaliyyətin sadələşdirilməsidir. Bu həm də sosial inkişafa xidmət edəcək”.
F.Talıblı onu da əlavə edib ki, bütün taksilərdə taksometrlərin quraşdırılması məcburi olacaq. Bu məcburiyyət istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
Komitə rəsmisi bütün avtobus və taksilərin tibb qutularının necə təmin edilməsinə də aydınlıq gətirib.
“Bütün nəqliyyat vasitələrində tibb qutularının olması mütləqdir. Avtobus və taksi xidməti göstərən şirkət sahibləri, fərdi taksilər isə özləri avtomobilləri bu qutularla təmin etməlidir. Bundan başqa, onların xəttə buraxılması üçün lisenziya veriləndə də bu tələblər irəli sürüləcək”.
Gülxar
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO