Qırmızı.az
“Azəriqaz”ın tabeliyində iki yeni departament yaradıldı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının davamı olaraq, 10 noyabr tarixindən Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.
Publika.az xəbər verir ki, bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb. Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan Departamentlərin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib.
Həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə
əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və
səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin
ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək
münasibətlərinin yeni yaradılan Departamentdə davam etdirilməsi
mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq
Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud
vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə
razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz
Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq
əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında
birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən
vergi tutulmur. Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan
sərbəstləşən işçilərin isə “SOCAR üzrə sərbəstləşən işçilərin
məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair”
Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə
müraciət ediləcək. Artıq 10 noyabr 2015-ci il tarixdən adı çəkilən
proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən
işçilər 1 ay müddətində Proqrama qoşulmaq üçün müraciət edə
bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının
işçilərinə şamil olunacaq.
Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri “Azəriqaz” İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI