Gömrükdən Astara açıqlaması
Bizi izləyin

Qırmızı.az

Gömrükdən Astara açıqlaması

Bu gün bəzi kütləvi informasiya vasitələrində Astara Gömrük İdarəsinin sərhəd gömrük buraxılış məntəqəsinin piyada keçid xəttində vətəndaşların böyük sıxlığını əks etdirən video görüntülər yerləşdirilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, həmin video görüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində gömrük zonasına aidiyyəti olmayan ərazidə qeydə alınıb.

Belə ki, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında adi günlərə nisbətən bir neçə dəfə artım müşahidə olunub, müəyyən sıxlıq yaranıb. Gömrük orqanlarının fəaliyyət zonasına daxil olmayan ərazidə baş verməsinə baxmayaraq, müvafiq qurumlarla birgə tədbirlər görülüb, bu qısa müddətli sıxlıq tez bir zamanda aradan qaldırılıb. Hal-hazırda piyada keçid xəttində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların normal gediş-gəlişi tam təmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm