“Nurgün Motors”un 9 aylıq problemi: bir avtomobili təmir edə bilmir - ŞİKAYƏT
Bizi izləyin

Qırmızı.az

“Nurgün Motors”un 9 aylıq problemi: bir avtomobili təmir edə bilmir - ŞİKAYƏT

Sumqayıt şəhər sakini Tural Dadaşov qəribə problemlə üzləşib.

Publika.az Azad İstehlakçılar Birliyinə istinadən xəbər verir ki, o, bu il yanvarın 8-də Yasamal rayonu, Zərdabi küçəsi 78 ünvanında yerləşən, “Nurgün Motors” şirkətinə məxsus rəsmi “Ford” dillerdən 3950 manat ilkin ödəniş etməklə “Ford fokus” avtomobili alıb.

3950 manat ödəmiş müştəriyə heç bir rəsmi pul sənədi, kassa çeki verilməyib. Üstəlik, qısa müddət sonra avtomobildə texniki nasazlıq yaranıb. Belə ki, cəmi 1 ay sonra – fevral ayında avtomobilin ötürücü qutusunun əsas detallarından olan “feredo”su xarab olub.

“Avtomobil qısa müddət sonra sıradan çıxdı. Onun işləməməsi mənə əziyyət verirdi” – deyən müştərinin sözlərinə görə, o, yaranmış problemlə bağlı dəfələrlə şirkətə müraciət edib. Şirkətin əməkdaşları avtomobili bir neçə dəfə təmir etmək istəsələr də, texniki nasazlığı aradan qaldıra bilməyiblər. Bütün bunlar bir yana, şirkətin əməkdaşları müştəriyə bu problemin “təbii” olduğunu deyiblər: “Mən sonuncu dəfə onlara müraciət etdikdə bildirdilər ki, avtomobili bir-iki ay burada saxladıqdan sonra texniki nasazlığı aradan qaldıra bilərik. Belə olduqda istehlakçıların hüquqları ilə bağlı qanuna müvafiq olaraq onlardan tələb etdim ki, məni müvəqqəti avtomobillə təmin edin. Lakin onlar məni yeni avtomobillə təmin etmədilər. Avtomobilimi isə təmir etmirlər. Mənə deyirlər ki, bu nasazlıq normal şeydir. Belə də olmalıdır. Maşın isə hərəkət etdikdə dartınır. Düzgün diaqnoz qoya bilmədiklərindən deyirlər ki, avtomobilin “beyni” – yaddaş sistemi sıradan çıxıb”.

O qeyd edib ki, zəmanət müddəti başa çatmamış avtomobil texniki nasaz vəziyyətdədir. Şirkət 3 il zəmanət müddəti olan yeni avtomobili təmir etmir.

Bu səbəbdən də Tural Dadaşov nasaz olan avtomobili geri qaytarıb pulunu almaq istəyir, amma şirkət şikayətçinin pulunu qaytarmağa razı deyil.

Qeyd edək ki, redaksiyamıza daxil olmuş şikayətlə bağlı dəfələrlə qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, mövzu ilə əlaqədar bizə ətraflı açıqlama verilmədi. Həsən bəy Zərdabi 78 ünvanında fəaliyyət göstərən satış mərkəzində satılan hər bir “Ford” avtomobilinə 3 il müddətinə və ya 100.000 km zəmanət verildiyi bildirilsə də, nədənsə vətəndaşın şikayəti həll edilməmiş qalır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm