Qırmızı.az
Prezidentin qızları "Səməni" müsabiqəsinin açılışında – FOTOLAR
Dünən Heydər Əliyev Mərkəzinin parkında "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, tanınmış ictmai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müsabiqənin qonaqları təqdim olunan eksponatlarla tanış olublar. Müsabiqənin qalibləri mərasim iştirakçılarının səsverməsi əsasında müəyyən edilib.
Müsabiqənin nəticəsi olaraq, qaliblərə diplomlar təqdim edilib.
Birinci yerin qalibi Novruz Məmmədov, ikinci yerin qalibi Elvin
Nəbizadə, üçüncü yerin qalibi isə Lamiyə Əhməd olub.
Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "SƏMƏNİ"
Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi
yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir
incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ
etmək, tanıtmaq məqsədi daşıyır. Heydər Əliyev Mərkəzi müxtəlif yaş
qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və
heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə
həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq
və firavanlıq arzularını ifadə edir.
Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev
Mərkəzinin parkında nümayiş etdiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin
dekabrında Leyla Əliyeva və Arzu Əliyevanın da iştirak etdiyi
"KÜKNAR" Beynəlxalq Sərgi-Müsabiqəsi keçirib. Müsabiqədə 18 yerli
və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını
təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi
mükafatlandırılıb. Unikal görkəmli küknarlar 2 ay Heydər Əliyev
Mərkəzinin parkında nümayiş olunub.
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?