2060 nəfər əmək qanunvericiliyini pozub
Bizi izləyin

Qırmızı.az

2060 nəfər əmək qanunvericiliyini pozub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən yanvar-fevral aylarında ayrı-ayrı müəssisələrdə 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub.

Publika.Az-ın məlumatına görə, aşkar olunmuş hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə ümumilikdə 770 850 manat məbləğində cərimə tətbiq edilib. Həmin məbləğin 232 281 manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin ilk iki ayına dair göstəricilərlə müqayisədə müvafiq olaraq təxminən 11, 5 dəfə və 17 dəfə çoxdur.

Bu istiqamətdə aparılan işlərin əsas məqsədi işəgötürənlərdə əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılmasıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm