Qənirə Paşayeva Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı tədbirdə
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı tədbirdə

Millət vəkili Qənirə Paşayeva Rumınyada Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak edib və Çanaqqalada şəhid olan Azərbaycan Türklərindən danışıb.

Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə Türkiyənin Rumınyadakı səfirliyinin hazırladığı Canaqqala şəhidlərini anma proqramında iştirak edib.

Anma proqramı çərçivəsində nümayəndə heyəti Buxarestdəki Türk Şəhidliyini ziyarət edib, burada Türkiyənin Rumınyadakı səfirliyinin və bir sıra təşkilatların birgə hazırladığı anma tədbirlərində iştirak edib. Türk Dünyasının qəhrəman oğlu, böyük Mustafa Kamal Atatürk başda olmaqla bir qəhrəmanlıq dastanı yazan bütün şəhidlərin, o cümlədən Çanaqqalada şəhid olmuş yüzlərlə azərbaycanlının xatirəsi rəhmətlə anılıb, şəhidlərin məzarları üstünə güllər qoyulub. Millət vəkili Qənirə Paşayeva Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı Rumınyada Türk Şəhidliyindəki xatirə kitabına Çanaqqala zəfəri, onun əhəmiyyəti və əziz şəhidlərimizlə bağlı ürək sözlərini qeyd edib. Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla birgə Çanaqqala zəfərinin 99-cu ildönümü ilə bağlı Türkiyənin Rumıniya səfirliyində təşkil edilən anma tədbirində də iştirak edib və Tükiyənin Rumınyadakı səfiri Ömür Şölendil, bu ölkədəki Türk Diaspor təşkilatlarının nümayəndələri, eyni zamanda Ruminya kökənli türklər və onları təmsil edən təşkilatların rəhbərləri, Rumıniya Türk Qadınlar Dərnəyi ilə görüşüb və maraqlı fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva Rumıniyada yaşayan türkləri Rumıniya Parlamentində təmsil edən tək türk kökənli deputat İusein İbram ilə görüşüb, söhbət edib və yüksək səviyyədə olan Azərbaycan-Rumıniya əlaqələri və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm