Qırmızı.az
50 min şagirdə şəxsiyyət vəsiqəsi veriləcək
Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin binası daxilində şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiya çərçivəsində artıq Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbində 96 şagirdə şəxsiyyət vəsiqələri təqdim edilib.
Bu gündən isə 1 saylı tam orta məktəbin 1745 şagirdinə şəxsiyyət vəsiqələrinin verilməsi üçün sənəd qəbulu həyata keçirilir və may ayına kimi davam edəcək aksiya çərçivəsində Sumqayıt şəhərində yerləşən 47 ümumtəhsil məktəbində təhsil alan 50.000-ə yaxın şagirdə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.
Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, soaial aksiya “ASAN xidmət”in təşkilatçılığı və Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və MuğanBank ASC-nin dəstəyi ilə həyata keçirilir.
Gülnar Əliyeva
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO